Amerika mediadan dəstəyini əsirgədi

Amerika mediadan dəstəyini əsirgədi
  11 Aprel 2013    Oxunub:1344
Amerika gələn ildən etibarən təbliğat yayımlarına ayırdığı maliyyə vəsaitini azaltmağı planlaşdırır.
Bu, ABŞ dövlət Departamenti və onun strukturuna daxil olan Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti üçün müəyyən edilmiş qaydada oktyabrın 1-dən başlayan qarşıdakı maliyyə ili üçün nəzərdə tutulmuş federal büdcə layihəsində nəzərdə tutulub.
Sözügedən sənəd ötən gün baxılması üçün Konqresə təqdim olunub.

Ağ Ev və Dövlət Departamenti tərəfindən hazırlanan hesabat sənədlərinə əsasən, gələn ildən etibarən təbliğat yayımlarına ayrılan vəsait ötən illə müqayisədə 20,45 milyon dollar az yəni 756,102 milyon təşkil edəcək.

Bu vəsait hesabına Amerika Teleradio yayımları şurası tele və radio məkanda hazırlanan, “Afrikadakı ekstremizmə müqavimət göstərməyə çağıran, Yaxın Şərq, Çin və Cənub-Şərqi Asiyada yeni auditoriya qazanmağa çalışan yeni layihələr hazırlayacaq.

Amerika teleradio yayım şurasının tabeliyində olan media qurumları arasında “Amerikanın səsi”, “Azadlıq radiosu”, “Azad Avropa”, “Azad Asiya”, “Sava” , ərəb dilində yayımlanan “Əl Hürra” telekanalı və ispan dilli “Marti” teleradio şirkəti də var.



Teqlər:  





Xəbər lenti