Nazir Xocalı Soyqırımını təkzib etdi

Nazir Xocalı Soyqırımını təkzib etdi
  11 Aprel 2013    Oxunub:1202
Karl Şvartsenberq: “Xocalı Soyqırımı Çexiya parlamenti yox, yalnız qanunverici orqandakı xarici əlaqələr üzrə komitələrdən biri qəbul edib”
Ermənistanda səfərdə olan Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq Yerevanda keçirdiyi mətbuat konfransında Xocalı Soyqırımı ilə bağlı da danışıb. Ermənipərəst nazir Xocalı Soyqırımı ilə qondarma erməni genosidini müqayisə etmək belə istəməyib.

Məsələyə münasibət bildirərkən Şvartsenberq bir qədər də irəli gedərək “Xocalı Soyqırımı ilə bağlı qətnamənin bütövlükdə Çexiya parlamenti deyil, yalnız qanunverici orqandakı xarici əlaqələr üzrə komitələrdən birinin qəbul etdiyini diqqətə çatdırıb.

Hələ üstəlik, ölkəsinin insan hüquqlarının pozulması hallarına qarşı həssas olduğunu bildirib. “Dostlarımız tərəfindən olsa belə insan hüquqlarının pozulması Çexiya üçün qəbuledilməzdir”-deyən nazir, özü istəmədən də fikirlərini təkzib edib. Belə çıxır ki, Ermənistan tərəfindən Xocalıda o qədər insanın hüquqlarının pozulması, amansız zorakılığa məruz qalması qəbul ediləndir?

Şvartsenberqin sözlərinə görə guya 100 il bundan qabaq ermənilərin başına gətirilənlər soyqırımıdır, lakin Xocalıda baş verənlər adi bir müharibədə müşahidə edilə biləcək hadisələrdir: “Müharibə vəziyyətində həmişə nə isə baş verir...”- deyə Şvartsenberq Xocalı soyqırımını açıq-aşkar təkzib edir-“ Xocalı hadisələrini 100 il bundan qabaq ermənilərin başına gətirilən müsibətlərlə eyniləşdirmək olmaz. Bunlar tam fərqli kateqoriyaya aid olan məsələlərdir.”

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti