Azərbaycandan Böyük Britaniyaya SƏRT CAVAB
Adları sadalanan şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunmuşlar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib.
Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.(Azərtac)
Teqlər: