Keçmiş məhkum əmisi və onun ailə üzvlərini bıçaqladı

Keçmiş məhkum əmisi və onun ailə üzvlərini bıçaqladı
  03 İyul 2023    Oxunub:982
Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Belə ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti