Deputatımız Monteneqroda "Azərbaycan Ağacı" əkib - FOTOLAR

 Deputatımız Monteneqroda "Azərbaycan Ağacı" əkib -    FOTOLAR
  07 May 2025    Oxunub:585
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azay Quliyev dünən ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupu tərəfindən Monteneqroda təşkil olunan 5-ci Beynəlxalq Konfransın proqramına uyğun olaraq keçirilən "Hər Ölkəyə Bir Ağac" adlı ekoloji kampaniyası çərçivəsində Budvada “Azərbaycan Ağacı"nı əkib.
AzVision.az xəbər verir ki, deputat bu barədə özünün "Facebook" səhifəsində məlumat verib.

"Budva şəhərinin meri cənab Zeyko Komnenoviç və digər ölkələrdən olan deputat həmkarlarım “Azərbaycan Ağacı”nın əkilməsi mərasimində iştirak etdilər. Şəhər rəhbərliyi ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edən ölkələrin adına əkilmiş ağacların qorunmasını və təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürüb. Azərbaycanı belə bir mötəbər aksiyada təmsil etmək qürurvericidir", - o bildirib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan-Ağacı  





Xəbər lenti