Moskva “Oreşnik”lə cavab verəcək - VİDEO

   Moskva “Oreşnik”lə cavab verəcək    - VİDEO
  07 May 2025    Oxunub:542
Rusiya prezidenti Vladimir Putin Müdafiə nazirliyinə Qələbə Günündə Ukraynanın Moskvaya endirə biləcəyi hücumlara cavab olaraq Kiyevdə “Oreşnik” raketlərinin zərbəsi üçün hədəfləri müəyyənləşdirməyi tapşırıb.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən Rusiyanın “Mash” teleqramının iddiasına görə, Ukrayna Silahlı qüvvələri (USQ) Moskvada PUA-ların zərbələri vasitəsilə “daha ciddi təxribatlar” hazırlayır. Onlara cavabın ciddi olacağı və yəqin ki, Kiyevə birbaşa təsir edəcəyi bildirilir.

- “Mash” telegram-kanalına məlum olduğuna görə, Vladimir Putin Rusiyanın Müdafiə nazirliyinə Kiyevdə “Oreşnik” raketi ilə vurulacaq hədəfləri müəyyən etməyi tapşırıb. Görünür, atəşkəs olmayacaq”, - məlumatda vurğulanır.

Rusiya mətbuatı yazır ki, Kreml Ukrayna PUA-larının Moskva və bir sıra digər regionlara hücumlarını davam etdirməsindən narazıdır. Bununla bağlı Putin “qətiyyətli cavab” verməyi nəzərdən keçirir.

Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, öz növbəsində, Ukraynanın mayın 9-da Moskvaya mümkün zərbəsinin Volodimir Zelenskinin əvvəllər eyham vurduğu “sülh yolunun” sonu demək olduğunu söyləyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Oreşnik  





Xəbər lenti