XİN: "Hindistan və Pakistan arasında gərginlikdən narahatıq"

      XİN:    "Hindistan və Pakistan arasında gərginlikdən narahatıq"
  07 May 2025    Oxunub:581
"Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir".
AzVision.az xəbər verir ki, bu ifadələr Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatındandır:

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq".

AzVision.az


Teqlər: XİN   Pakistan   Hindistan   bəyanat  





Xəbər lenti