Rusiya Fələstinin yeni hökumətini tanıdı

Rusiya Fələstinin yeni hökumətini tanıdı
  03 İyun 2014    Oxunub:1199
Rusiyanın Xarici İşlər Nazirliyi ümumfələstin hökumətinin yaradılmasını alqışladığını bəyan edib.
“Fələstində birləşmiş texnokrat hökumət qurulması FƏTH VƏ HƏMAS rəhbərliyinin, eləcə də digər təşkilat və hərəkatların daxili narazılığı aradan qaldırmaq istiqamətində çəkdikləri böyük zəhmətin nəticəsidir”-deyə XİN-in bəyanatında bildirilir.

Xarici siyasət rəhbərliyindən həmçinin bildirilib ki, Rusiya, yeni kabinetlə müxtəlif istiqamətlərində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti