Ramil Usubov polis olmaq istəyənlərlə görüşəcək

Ramil Usubov polis olmaq istəyənlərlə görüşəcək
  05 İyun 2014    Oxunub:1149
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 28-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, qəbul Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinləri üçün nəzərdə tutulub.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.

Qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan;
- boy ölçüsü 180 sm-dən az (qadınlar üçün 170 sm) olmayan;
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən çox sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti