Azərbaycana görə gürcülərin biznesi çökdü
Oxu.Az xəbər verir ki, bu barədə “Exo Qafqaza” radiostansiyası yazıb.
Gürcüstanda minlərlə avtomobil qonşu ölkələrə reeksport olunmasını gözləsə də, onları heç alış qiymətinə belə realizə etmək mümkün olmur.
Avtomobillərin reeksportu Gürcüstan eksportunun əsas (21%) hissəsidir, amma hal-hazırda bazarın bu seqmenti faktiki olaraq fəaliyyətini dayandırıb. Növbəti zərbə isə Azərbaycanın ölkəyə buraxılış ili səkkiz ildən artıq olan avtomobillərin gətirilməsinə qoyduğu məhdudiyyət oldu. Gürcü avtodillerləri üçün bu məhdudiyyət sözün əsl mənasında yay gecəsi çaxan ildırıma bənzədi, çünki Gürcüstana gətirilən avtomobillərin ixrac edildiyi əsas ölkə Azərbaycan idi. Azərbaycan KİV-in məlumatına görə Gürcüstandan 2013-cü ildə ölkəyə 24 min avtomobil gətirilib. Gətirilən avtomobillərin ümumi dəyəri 290 milyon dollar olub. Bu il isə cəmi 2,5 min maşın satmaq mümkün olub.
Avtodiller Mindiya Zakareişvilinin sözlərinə görə bu biznesə sərmayə yatıran 20 min insanın və onların ailələrinin maraqları zərbə altındadır.