Rusiya-ABŞ gərginliyi artır

Rusiya-ABŞ gərginliyi artır
  13 Aprel 2013    Oxunub:1372
ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməkdə davam edir.
Rəsmi Vaşinqton daha 18 Rusiyalının adını qara siyahıya salıb. Söhbət “Maqnitskiy siyahısından” gedir. Rusiya mətbuatının məlumatına görə həmin şəxslərin ABŞ-a daxil olması qadağan olunub. Dövlət departamenti sanksiyaların hansı istiqamətdə tətbiq olunacağının detallarını açıqlamasa da, gələcəkdə sözügedən şəxslərin ABŞ-dakı mülkiyyətinin müsadirə olunması da gözlənilir.

Onu da qeyd edək ki, siyahıda Rusiya federal hökumətinin rəsmilərindən və ya Vladimir Putinin yaxın çevrəsindən heç kimin adı yoxdur. Öz növbəsində Rusiya da Vaşinqtona cavab verməyə hazırlaşır.

"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Tomas Danilon 2 gün sonra Rusiyaya səfər edəcək və ABŞ-Rusiya əlaqələrinin genişlənməsi ilə bağlı Barak Obamanın mövqeyini bizimlə bölüşəcək. Belə bir vaxtda, bu siyahının tərtib olunması anlaşılan deyil. Əgər onlar belə bir siyahı tərtib edibsə, biz buna cavab verəcəyik. Amerikalı dostlarımız da bunu bilirlər"-deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Vaşinqtonu cəzalandıracağını bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti