Kirpi, uzunqulaq və erməninin dəyəri

Kirpi, uzunqulaq və erməninin dəyəri
  15 Aprel 2013    Oxunub:2546
Rusiyada bir kirpiyə verilən qiymət Ermənistanda bir erməniyə verilən qiymətdən yüksəkdir.
Rusiyada cari ilin yanvar ayının əvvəlinə olan hesablamalara görə bir nəfərin yeyib-içməyinin qiyməti orta hesabla günə 87 rubla bərabər olub. Bu barədə məlumat verən “Berlin qəzeti” digər bir maraqlı məqamı da diqqətə çatdırır.

Belə ki, Moskva heyvanxanalarının birində bir kirpinin gündəlik qidalanması üçün 84 rubl, uzunqulaq üçün isə 87 rubl 79 qəpik pul xərclənilir.

Bu faktlara əsaslana qəzet bildirir ki, Rusiyada bir nəfərin qidalanmasına sərf olunan vəsait kirpininkindən çox ,lakin uzunqulağınkindən ucuzdur.

Ermənistanda isə vəziyyət daha acınacaqlıdır. Ermənistanda bir nəfərin qidalanması üçün nəzərdə tutulan vəsait 22795,3 dram, bizim pulla desək 1 manat 46 qəpiyə (58 rubl) bərabərdir. Buradan belə məlum olur ki, bir erməninin hörməti nəinki uzunqulaq ,heç bir kirpininki qədər də deyil.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti