Əhalinin sayı açıqlandı - 9 511,1 min
Cari ilin yanvar-aprel aylarında ölkədə 53,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizi qızlar təşkil edir.
İlin əvvəlindən ölkədə 19,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (6,5) qalıb.
Rəsmi orqanlar tərəfindən bu ilin dörd ayı ərzində 24,8 min nikah və 3,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafıq olaraq 8,0; 1,3) qalıb.