ABŞ nəşri: İran husiləri “Hizbullah”-dan üstün tutur

      ABŞ nəşri:    İran husiləri “Hizbullah”-dan üstün tutur
  09 Dekabr 2023    Oxunub:1203
“The New York Times” qəzeti Yəməndə İranın dəstəklədiyi proksi qüvvələrin İsrail və Amerika hədəflərinə dron və raket zərbələri endirdiyini yazıb.
AzVision.az xəbər verir ki, “The New York Times” ABŞ rəsmilərinin “Hizbullah” qruplaşmanın çox uzağa gedərək daha geniş müharibəyə səbəb ola biləcəyindən ehtiyatlanırlar.

Məlumata görə, Yəmən husiləri strateji Qırmızı dəniz su yollarına kifayət qədər yaxın olduqları üçün, Yaxın Şərqdəki müharibə zamanı, İranın “seçilmiş proksi qüvvələridir”. Eyni zamanda, Yəmən İsraildən kifayət qədər uzaqda olduğuna görə, Təl-Əvivin cavab zərbələri endirməsini çətinləşdirir.

Habelə, “Hizbullah”-dan fərqli olaraq, daxili siyasi dinamikadan qeyri-asılılığı onlara, faktiki olaraq, heç kim qarşısında hesabat verməyə imkan yaradır.
AzVision.az



Teqlər: İran   husilər  





Xəbər lenti