2023-cü il son 30 ildə ən çox münaqişələr olan dövr olub
Hesabata görə, qurbanların sayı 2022-ci illə müqayisədə 14%, zorakılıq hallarının sayı isə 28% artıb. Müəlliflərin fikrincə, bu, dünyanın bir çox yerlərində humanitar ehtiyaclar, sabitləşmə və yenidənqurma baxımından vəziyyətin getdikcə daha problemli xarakter aldığını göstərir. Beynəlxalq Qızıl Xaç Komitəsi dünya üzrə fəaliyyət göstərən, bəziləri yerli və ya regional üstünlük təşkil edən 450-dən çox silahlı qrup haqqında məlumat təqdim edib.
Münaqişələrə səbəb kimi daxili terror, ərazi mübahisələri, cinayətkar dəstələrin artması və kriminal rəqabət göstərilir. İqlim böhranı həm də qeyri-sabit ölkələrdə mövcud ziddiyyətləri gücləndirir.
AzVision.az
Teqlər: