Abdullahiyan: Nə qədər irəli getsək, JCPOA bir o qədər “təsirsiz” olur

      Abdullahiyan:    Nə qədər irəli getsək, JCPOA bir o qədər “təsirsiz” olur
  11 Dekabr 2023    Oxunub:1037
Tehranın və digər tərəflərin JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) nüvə sazişinin icrasına qayıtmaq istəmədiyini bildirən İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan, bu razılaşmanın zaman keçdikcə daha “təsirsiz” olacağını söyləyib.
xəbər verir ki, Hüseyn Əmir Abdullahiyan Tehran universitetinin tələbələri qarşısında çıxışında dünya güclərinin İranın “qırmızı xətləri”nin fərqinə varmadığını vurğulayıb.

“Bu ana qədər biz JCPOA-nın həyata keçirilməsinə geri dönmək üçün müqavilə imzalamaq yolunda olmamışıq. Bu, JCPOA-nı masadan kənarda qoyduğumuz anlamına da gəlmir. Nə qədər irəli getsək, JCPOA bir o qədər qeyri-səciyyəvi olur”, - Abdullahiyan deyib.

ABŞ da nəzərə alınmaqla, beş Qərb ölkəsinin təmsil olunduğu İran-Avropa İttifaqı danışıqları təxminən il yarımdır ki, dalana dirənib.

Qeyd edək ki, Vaşinton 2018-ci ilin mayında Donald Trampın prezidentliyi dövründə JCPOA-dan rəsmən çıxıb. Co Bayden hökuməti isə bu sazişin canlandırılmasını xarici siyasət planlarından biri kimi elan etsə də, hakimiyyətə gəldikdən sonra İran və dünyanın 5 gücü arasında aparılan danışıqlar bir nəticə verməyib.



Teqlər: İran   JCPOA  





Xəbər lenti