İsrail gəmiləri ilə bağlı kəşfiyyat məlumatlarını İran husilərə ötürür

İsrail gəmiləri ilə bağlı kəşfiyyat məlumatlarını İran husilərə ötürür
  11 Dekabr 2023    Oxunub:1235
Yəmən husiləri Qırmızı dənizdə İsrail və Amerika gəmilərinə növbəti hücumları həyata keçirməyi planlaşdırırlar.
AzVision.az xəbər verir ki, “The New York Times” nəşrinin SEPAH-daki mənbələrə istinadən belə məlumat yayıb.

Həmin mənbələrin iddiasına görə, SEPAH kəşfiyyat məlumatlarını Yəmən husilərinə ötürür.
“Əhəmiyyətli zərər və ziyan vurmaq məqsədilə İraq və Suriyadakı İran tərəfdaşları ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlarını gücləndirərək sözügedən plana qoşulurlar”, - məlumatda deyilir.

Həmçinin, İsrail gəmilərinin müəyyən edilməsi məqsədilə İranın ölkənin cənubunda kəşfiyyat postu yaratdığı bildirilir.
AzVision.az



Teqlər: İran   husilər  





Xəbər lenti