Amerikanın İrana ixracatında 20% artım olub

   Amerikanın İrana ixracatında    20% artım    olub
  11 Dekabr 2023    Oxunub:1302
Vaşinqton-Tehran münasibətlərdə gərginliyə və sanksiyalara rəğmən, bu ilin 10 ayıərzində İran və ABŞ arasında ticarət mübadiləsi 44,4 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.
AzVision.az ABŞ-nin Statistika bürosunun yaydığı məlumata istinadən xəbər verir ki, ticarət mübadiləsinin böyük hissəsi Amerikanın İrana ixracatıdır.

“Amerika bu dövrdə İrana 42,8 milyon dollarlıq mal ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir. Amerikanın İrandan idxalı bu ilin 10 ayında 85% azalaraq 1,6 milyon dollar təşkil edib”, - məlumatda deyilir.

İranın Cənub Koreyada dondurulmuş 6 milyard dollar vəsaitinin sərbəst buraxılması və ticarət dövriyyəsinin cəmi bir il ərzində 20% artması çox müəmmalardan xəbər verir.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti