İntim videosu yayılan iranlı məmur həbs edildi

İntim videosu yayılan  iranlı məmur həbs edildi
  11 Dekabr 2023    Oxunub:1706
Bir müddət əvvəl həmcinsi ilə intim videosu yayılan Gilan əyalətinin Mədəniyyət və İslami təbliğat idarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Seqəti və onun partnyoru həbs olunub.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, nə qədər absurd görünsə də, beş ay öncə intim videoları yayılan hökumət rəsmisi Tehrana çağırılaraq daha yüksək vəzifəyə təyin edilmişdi.

Bu məsələdə ən maraqlı məqam ondan ibarətdir ki, İran hökumətinin məcburi hicab siyasətini həyata keçirənlərin özləri qeyri-ənənəvi seksual əməllərlə məşğul olmağa üstünlük verirlər. Hakimiyyət isə öz siyasətinin iflasını ört-basdır etmək məqsədilə onları daha yüksək vəzifələrə irəli çəkir.

Amma son nəticədə cəmiyyətin sərt reaksiyası fonunda nəinki gei çəkilməli, hətta bu cür məmurları həbs etmək məcburiyyəti qarşısında qalır.

Yeri gəlmişkən, Rza Seqətinin qanundankənar intim münasibətləri ilə bağlı faktları dərc edən “Gilan Radiosu” teleqram-kanalının redaktoru Peyman Behbudi “Amerikanın Səsi”nə müsahibəsində məmurun həbs olunan çoxlu cinsi tərəfdaşının olduğunu və onlardan birinin videonu ona göndərdiyini bildirib.
AzVision.az


Teqlər: Seqəti   həbs  





Xəbər lenti