Aİ ölkələri HƏMAS-a qarşı sanksiyaların tətbiqini tələb edib

 Aİ ölkələri HƏMAS-a qarşı sanksiyaların tətbiqini tələb edib
  11 Dekabr 2023    Oxunub:1468
İtaliya, Fransa və Almaniya Avropa İttifaqını HƏMAS hərəkatı və onun tərəfdarlarına qarşı xüsusi sanksiyalar rejimi tətbiq etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç ölkənin xarici işlər nazirlərinin Aİ diplomatiyasının rəhbəri Cozep Borrelə birgə məktubuna istinadən məlumat yayıb.

“Biz HƏMAS və onun tərəfdarlarına qarşı xüsusi sanksiya rejiminin yaradılması təklifinə tam dəstəyimizi bildiririk”, – agentlik məktubdan bir parça sitat gətirir.

Xarici siyasət rəhbərləri qeyd ediblər ki, belə bir sanksiya rejiminin sürətlə qəbulu Avropa İttifaqının HƏMAS-a qarşı mübarizəyə sadiqliyi və İsraillə həmrəyliyi ilə bağlı güclü siyasi siqnal göndərməyə imkan verəcək.

Bununla belə, HƏMAS-a qarşı xüsusi sanksiya rejiminin nəyi nəzərdə tutduğu açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti