Bayden ABŞ-ın İsrailə nə qədər kömək edəcəyini açıqladı
“Biz diqqətli olmalıyıq və onlar da diqqətli olmalıdırlar. Bütün dünyada ictimai rəy bir gecədə dəyişə bilər, biz buna imkan verə bilmərik”, - ABŞ prezidenti bildirib.
O vurğulayıb ki, Vaşinqton Qəzza zolağında yerləşən girovların xilas edilməsi üçün işləri davam etdirir.
Bayden deyib ki, Birləşmiş Ştatlar “günahsız fələstinli mülki şəxslərə” mümkün qədər çox humanitar yardım göndərməyə çalışır.
Daha əvvəl bildirilmişdi ki, amerikalıların yalnız 37%-i ABŞ prezidenti Co Bayden administrasiyasının Fələstin-İsrail münaqişəsinə yanaşmasını bəyənir. Eyni zamanda, ABŞ sakinlərinin dörddə biri hesab edir ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatları “çox irəli gedib” və qeyri-mütənasibdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: