Aİ İranın 6 fiziki şəxsinə və 5 şirkətinə sanksiya tətbiq edib
Bu beş şirkət və onları 65 təmsilçisi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə İranın hərbi dəstəyi ilə məşğul olmaq üçün “yeni hüquqi çərçivə” əsasında sanksiyaya məruz qalan ilk şirkətlərdir.
Qərara əsasən, “Çekad Əsməri Sənat” şirkəti, habelə şirkətin icraçı direktoru və onun müavini, bu şirkətin baş elmi işçisi, “Baharstan kişi” şirkəti və onun baş direktoru, “Saad Sazeh Faraz Sharif” şirkəti və onun icraçı direktoru, həmçinin, SEPAH-ın Qüds qüvvələrinə aid qurumlara aerokosmik mühəndislik xidmətləri göstərən “Sarmed Electronics Sepahan” şirkəti və PUA-ların keyfiyyətinin yüksəldilməsi üçün SEPAH-a xidmət göstərən “Kimiya Part Sivan” şirkəti Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.
Adıçəkilən şəxslərin və şirkətlərin Avropa İttifaqındakı aktivləri dondurulacaq və onların Birlik ərazisinə səfərləri qadağan ediləcək.
Bundan başqa, sanksiyalar siyahısına daxil olan fiziki şəxslərə və onların şirkətlərinə birbaşa və ya dolayı yolla pul və maliyyə dəstəyinin köçürülməsinə qadağa qoyulacaq.