"ABŞ yanvarda Ukraynaya hərbi yardım göndərmək imkanını itirə bilər" - Ağ Ev
Onun sözlərinə görə, qanunvericilər ABŞ prezidenti Co Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda Birləşmiş Ştatlar Ukraynaya kritik silah sistemləri göndərmək üçün resurslar toplaya bilməyəcək.
Onun sözlərinə görə, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək:
"Konqres bundan imtina edərsə, Birləşmiş Ştatlar artıq Ukraynayahava hücumundan müdafiə sistemləri göndərə bilməyəcək və onların Patriot havadan müdafiə sistemləri və digər sistemlər üçün sursat ehtiyatları azalmağa başlayacaq. Və zaman keçdikcə onların döyüş meydanındakı hərbi potensialını daha da pisləşdirəcək”, - deyə Sallivan qeyd edib. O əlavə edib Ukrayna Silahlı Qüvvələri üçün 155 mm-lik artilleriya mərmiləri ilə bağlı vəziyyət oxşardır.
AzVision.az
Teqlər: