"Üç ölkənin XİN liderlərinin Moskva görüşünə hər zaman hazırıq" - Qaluzin

   "Üç ölkənin XİN liderlərinin Moskva görüşünə hər zaman hazırıq" -    Qaluzin
  12 Dekabr 2023    Oxunub:1697
Rusiya hər zaman Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqları qəbul etməyə hazırdır və Bakı və İrəvanın bu müvafiq təklifin aktuallığını nəzərə alacaqlarına ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə sülh danışıqlarının Moskvada keçirilməsinə dair təkliflərimiz Ermənistanda və Azərbaycanda olan tərəfdaşlarımız üçün açıq xarakter daşıyır. İrəvan və Bakının bunu xatırladıqlarına və başa düşdüklərinə ümid edirik”, – deyə nazir müavini Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirində qeyd edib.

Hazırda diplomatik kanallar vasitəsilə üç ölkənin XİN rəhbərlərinin Moskvada görüşünə hazırlıq gedib-getmədiyi ilə bağlı sualı cavablandıran M.Qaluzin buna hər zaman hazır olduqlarını bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti