Ukraynanın NATO-ya qəbuluna müharibədən sonra baxılacaq

   Ukraynanın NATO-ya qəbuluna müharibədən sonra baxılacaq
  13 Dekabr 2023    Oxunub:959
"Ukraynanın NATO-ya qəbulu zaman məsələsidir".
Bu sözləri ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi ikitərəfli danışıqlardan sonra mətbuat konfransında deyib. “NATO, şübhəsiz ki, Ukraynanın gələcəyində olacaq. Lakin Ukraynanın NATO-ya qəbulu məsələsinə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra baxılacaq”, - deyə C.Bayden vurğulayıb.

O, həmçinin əlavə edib ki, əvvəlcə Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təşkilatın bütün üzv ölkələri tərəfindən təsdiqlənməlidir: “Bundan başqa, Kiyev müəyyən şərtləri yerinə yetirməlidir. Hazırda isə NATO Ukraynaya kömək etməyə və onun münaqişədə qalib gəlməsinə əmin olmağa diqqət etməlidir”.

Dekabrın əvvəlində NATO-nun Baş katibi Yens Stoltenberq təşkilata üzv dövlətlərə Ukraynaya dəstək üçün əlavə vəsait yatırmağı tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti