İranda polis bölməsinin komandiri “əməliyyat” zamanı ölüb

İranda polis bölməsinin komandiri    “əməliyyat”    zamanı ölüb
  13 Dekabr 2023    Oxunub:871
Zəncan Polisinin “NOPO” (xüsusi antiterror qüvvələri) xüsusi təyinatlı bölməsinin üç əməkdaşı təlimdə yaralanıb. Onlardan biri sonradan ölüb. 
AzVision.az İran mediasının yaydığı məlumata istinadən xəbər verir ki, hadisənin dəqiq vaxtı açıqlanmasa da, “həftənin əvvəlində” Bicar yolunda xüsusi bölmənin təxribat təlimi keçirildiyi bildirilir. Həmin “təlimlər nəticəsində yaranan partlayış dalğası” zamanı NOPO əməkdaşlarının 3-ü yaralanaraq xəstəxanaya aparılıb.

“Təsnim” agentliyi Zəncan Tibb elmləri universitetinin rektoruna istinadən üç gündən sonra əsgərlərdən ikisinin buraxıldığını, lakin Əli Bəyat adlı üçüncü şəxsin “beyin ölümü” keçirdiyini yazıb.

Daha sonra isə “Fars” xəbər agentliyi kapitan rütbəli Əli Bəyatın “Nopo Zəncan NOPO qüvvələrinin komandiri” olduğunu bildirib.
AzVision.az


Teqlər: İran   polis  





Xəbər lenti