Azad olunmuş ərazilərə daha 4 milyard xərclənəcək

   Azad olunmuş ərazilərə daha 4 milyard xərclənəcək
  13 Dekabr 2023    Oxunub:937
Elm və təhsil nazirinin müavini İdris İsayev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdəki mövcud vəziyyəti işğaldan azad olunmuş ərazilərdəki mühit ilə eyni hesab edib.
AzVision.az xəbər verir ki, nazir müavini bunu "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfrans çərçivəsində "Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri" adlı paneldə deyib.

İ. İsayev qeyd edib ki, o zamanlar Azərbaycan iqtisadi göstəricilərinə görə bir çox ölkələrdən geri qalırdı: "Ölkədə sənaye müəssisələri yaradılmalı, yeni iş yerləri açılmalı, ixtisaslı kadrlar hazırlanmalı idi. Bu səbəbdən Ümummilli Liderin tapşırıq və səyləri nəticəsində sənaye müəssisələri yaradıldı və əksər müəssisələrin tərkibində peşə təhsil mərkəzləri fəaliyyətə başladı. Bu təcrübə azad olunmuş ərazilərdə də tətbiq olunmalıdır. Biz "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu yanaşmadan isifadə etməyi düşünürük".

2023-cü il də daxil olmaqla azad olunmuş ərazilərə 12 milyard manata yaxın vəsaitin sərf olunduğunu qeyd edən nazirliyin rəsmisi diqqətə çatdırıb ki, gələn il 4 milyard manat da xərclənəcək: "Bu investisiyalar, həmçinin yeni iş yerləri deməkdir. Əsas məqamın keyfiyyət və struktur dəyişikliyi olduğunu nəzərə alsaq, burada kadr hazırlığının önəmini qeyd etməliyik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti