Patruşev israilli həmkarı ilə Qəzzanı müzakirə edib

Patruşev israilli həmkarı ilə Qəzzanı müzakirə edib
  13 Dekabr 2023    Oxunub:816
Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev İsrail Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Qəzza zolağında pisləşən humanitar vəziyyəti müzakirə ediblər.

“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi ilə telefon danışığı aparıb. Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi vurğulanmaqla Fələstin-İsrail münaqişəsi zonasındakı mövcud vəziyyətə diqqət yetirilib”, - deyə mətbuat xidməti məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti