Britaniya vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

   Britaniya vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb
  13 Dekabr 2023    Oxunub:777
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisi ölkə vətəndaşlarını Rusiya Federasiyasına hər hansı səfərdən çəkinməyə çağırıb.
Müvafiq məlumat krallıq hökumətinin saytında dərc olunub. “Ofis Böyük Britaniya vətəndaşlarına Ukraynaya davam edən işğalın yaratdığı risklər və təhdidlər səbəbindən Rusiyaya hər hansı səyahətdən çəkinməyi tövsiyə edir. Rusiyada vəziyyət gözlənilməzdir”, - bəyanatda deyilir.

Mümkün risklər arasında dron hücumları, Rusiyadan Böyük Britaniyaya mümkün uçuşların olmaması və Britaniya hökumətinin vətəndaşlara konsulluq yardımı göstərmək imkanlarının məhdudluğu daxildir.

Rusiyadakı britaniyalıları da ayıq olmağa və hər hansı siyasi nümayiş və görüşlərdən çəkinməyə çağırıblar.

Nazirlik Rusiya Federasiyasından Böyük Britaniyaya və ya Avropa İttifaqı ölkələrinə birbaşa reyslərin olmadığını xatırladaraq bildirib: “Rusiyada olmanıza ehtiyac yoxdursa, tərk etmək imkanını nəzərdən keçirməyi şiddətlə tövsiyə edirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti