Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək

   Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşəcək
  13 Dekabr 2023    Oxunub:1422
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.
Bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.

"Hazırda imzalanmaq üçün hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, yanvarda keçiriləcək XİN səviyyəsində görüşdə biz bu mətni razılaşdıracağıq".

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti