Aİ Macarıstana baxmayaraq Ukraynaya 50 milyard ayırmaqda israrlıdır

Aİ Macarıstana baxmayaraq Ukraynaya 50 milyard ayırmaqda israrlıdır
  14 Dekabr 2023    Oxunub:800
Macarıstanın bu qərarı əngəlləməklə bağlı bəyanatlarına baxmayaraq, Avropa İttifaqı (Aİ) liderləri bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələ bilərlər.
Bunu Reuters agentliyinə müsahibəsində Avropanın büdcə komissarı Yohannes Han deyib. Aİ 2027-ci ilə qədər büdcəsinə düzəliş etməyi planlaşdırır və büdcəyə Ukrayna üçün 33 milyard avro kredit və 17 milyard avro qrant daxil etməyi planlaşdırır.

Xanın sözlərinə görə, bu yaz ABŞ Aİ-dən ittifaq ölkələrinin Ukraynaya uzunmüddətli dəstəkdə liderlik etməsini xahiş edib ki, bu da Nümayəndələr Palatasını və Senatı oxşar iş görməyə təşviq edəcək.

Avropa komissarı bildirib ki, Macarıstan son nəticədə razılaşacaq, çünki bu, həm də Budapeştin öz maraqlarına uyğundur. Belə ki, ölkə qeyri-qanuni miqrantlara qarşı sərhədlərini gücləndirmək üçün Avropa İttifaqından daha çox pul almaqda maraqlıdır. Büdcə layihəsində Ukrayna üçün 50 milyard avrodan əlavə, Macarıstan dövlətinə əlavə 15 milyard avro ayrılması nəzərdə tutulur.

Xan əlavə edib ki, bu yardım paketi təkcə Ukrayna üçün deyil, həm də Macarıstanın bugünkü dostları olan Türkiyə kimi ölkələrin sərhədlərini qorumaq və dəstəkləmək üçündür. Parlamentari vurğulayıb ki, Budapeştlə razılığa gəlmək mümkün olmasa deyilsə, o zaman Avropa Komissiyasının “B planı” işə düşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti