Husilər Qırmızı dənizdə neft tankerinə hücum ediblər

Husilər Qırmızı dənizdə neft tankerinə hücum ediblər
  14 Dekabr 2023    Oxunub:976
Yəmən husiləri İsraillə əməkdaşlıq şübhəsi ilə Qırmızı dənizdə daha bir neft tankerini raket hücumu ilə hədəfə alıblar.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin dəniz və təhlükəsizlik mənbələrinə istinadən yayadığı məlumata görə, İranın dəstəklədiyi Husi üsyançı qruplaşmasına aid sürətli qayıq Marşal adaları bayrağı altında üzən neft tankerinə yaxınlaşaraq ona iki və ya üç raket zərbəsi endirib.

Britaniyanın “Embry” Dəniz Təhlükəsizliyi şirkətinin hesabatına görə isə, Husi üsyançıları sürətli qayıqla Malta bayraqlı başqa bir gəmiyə yaxınlaşalar da, ona hücum etməyiblər. Digər oxşar hadisədə bir neçə sürətli qayıq 90 dəqiqə ərzində Ərəb dənizində başqa bir gəmini pulemyot atəşi ilə hədəfə alıb və sonra bu gəmidən uzaqlaşıb.

Ötən həftələrdə Yəmən husiləri İranın başqa bir vəkil qrupu olan HƏMAS-ı dəstəklədiklərini açıqlayaraq, Qırmızı dənizdə və ya Bab əl-Məndəb boğazında İsrailin maraqlarına xidmət göstərən və ya bu ölkəyə doğru hərəkət edən gəmiləri hədəfə alacaqlarını bildiriblər.
AzVision.az


Teqlər: husilər   tanker  





Xəbər lenti