"Azərbaycanla nəinki mövcud dəmir yolunu bərpaya, yenilərini tikməyə hazırıq " - Paşinyan

   "Azərbaycanla nəinki mövcud dəmir yolunu bərpaya, yenilərini tikməyə hazırıq " -    Paşinyan
  14 Dekabr 2023    Oxunub:1121
"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır". Bunu Baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz bununla bağlı çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”, - Paşinyan bildirib.
"Əsirlərin dəyişdirilməsi münasibətlərdə “sıfır nöqtə” sayıla bilər" - Paşinyan


Onun sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Baş nazir əmindir ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək.

Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır. Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirəcək yoldan, cənub istiqamətində isə başqa şeylərlə yanaşı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək yoldan söhbət gedir.

İrəvan hesab edir ki, bu rabitəni şimal istiqaməti ilə təmin etmək olar.

Baş nazir şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib. Bununla da Ermənistan Şimalla Cənub, Şərqlə Qərb arasında bir halqaya çevrilə bilər.

"Biz Türkiyə ilə dəmir yolları və avtomobil yollarının açılmasında eyni hazırlığı nümayiş etdiririk", - Paşinyan bildirib.

Xatırladaq ki, “Dünyanın kəsişməsi” layihəsi 2023-cü ilin oktyabrında Tbilisidə keçirilən “İpək Forumu” çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təqdim edilib. Layihə çərçivəsində Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 keçid məntəqəsi quraşdırmağa hazırdır. Bu layihə 500 milyon dollara başa gələcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti