"Ermənistanın dənizə çıxışının olmaması ərzaq və yanacağın qiymət artımına təsir edir" - Mirzoyan

   "Ermənistanın dənizə çıxışının olmaması ərzaq və yanacağın qiymət artımına təsir edir" -    Mirzoyan
  14 Dekabr 2023    Oxunub:1103
Dənizə çıxışı olmayan ölkələr (LLDC), o cümlədən Ermənistanda vəziyyət kommunikasiya və logistika çatışmazlığı, qonşu ölkələrdən tranzitdən asılılıq səbəbindən mürəkkəbdir.
"Azərbaycanla nəinki mövcud dəmir yolunu bərpaya, yenilərini tikməyə hazırıq " - Paşinyan
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, belə ölkələrdə regional şəbəkələrlə kifayət qədər inkişaf etməmiş əlaqələr ərzaq və yanacağın qiymətlərində əhəmiyyətli artımlara səbəb olur.

"Vəziyyətə qlobal böhran, o cümlədən COVID-19 pandemiyası və geosiyasi çağırışlar da mənfi təsir göstərib. Beləliklə, LLDC ölkələri üçün tranzit daşımaların dəyəri yüksək olaraq qalır".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti