İranın müdafiə naziri Vaşinqtona xəbərdarlıq edib

   İranın müdafiə naziri Vaşinqtona xəbərdarlıq edib
  14 Dekabr 2023    Oxunub:1234
ABŞ-nin Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini qorumaq üçün hərbi dəniz işçi qrupu yaratmaq qərarı barədə bəyanatına Tehran qıcıqlı reaksiya verib.
AzVision.az
xəbər verir ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani bu “İSNA” agentliyinə müsahibəsində Ağ evin bu planının “fövqəladə problemlərlə üzləşəcəyini” proqnozlaşdırıb.

“Mənim fikrimcə bölgədə daha bundan artıq heç kimin oraya getməsi və güclərin toqquşması üçün yer yoxdur. Onlar qətiyyən belə bir şey etməyəcəklər və belə bir axmaqlıq etmək istəsələr, çox böyük problemlərlə üzləşəcəklər. Qırmızı dəniz İranın bölgəsi hesab olunur və hökmranlıq etdiyimiz bölgədə qətiyyən heç kim manevr edə bilməz”, - Aştiani deyib.

İran rəsmisi Qırmızı dənizin Səudiyyə Ərəbistanı, Misir, Sudan, Eritreya və Yəmən arasında yerləşdiyi və İranın bu dənizlə sahil zolağı olmadığı halda belə bir iddia səsləndirib.

Həmçinin, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “CBS News” telekanalına müsahibəsində İran və husilərin Qırmızı dənizdəki hərəkətləri arasında hər hansı əlaqə olduğunu təkzib etməsi fonunda halda, müdafiə naziri İranın Qırmızı dəniz üzərində “ağalığı” ilə bağlı iddialar irəi sürür.

Qeyd edək ki, İranın dəstələdiyi Yəməndəki husi üsyançıları son iki həftədə Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını ticarət gəmiləri üçün təhlükəli ərazi çevirməyə cəhd göstəriblər.
AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti