Britaniya Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək

Britaniya Rusiyadan almaz idxalına qadağa tətbiq edəcək
  14 Dekabr 2023    Oxunub:1148
Böyük Britaniya 2024-cü il yanvarın 1-dən Rusiya Federasiyasından almaz idxalına qadağa tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Böyük Britaniya hökuməti Rusiyadan almaz idxalını qadağan edən qanunvericilik aktı təqdim edir. Sənəd beynəlxalq tərəfdaşlarla birgə həyata keçirildikdə metallarla bağlı yardımçı xidmətlərə qadağa tətbiq etməyi planlaşdırır”.

Sənəddə qeyd edilir ki, Rusiya almazlarının idxalına qoyulan qadağa 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti