Qəzzada 300 tibb işçisi ölüb

Qəzzada 300 tibb işçisi ölüb
  14 Dekabr 2023    Oxunub:969
Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin Telegram kanalında yerləşdirilən məlumatda deyilir.

Bu dövrdə 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.

İddia olunur ki, Qəzzanın cənubundakı tibb müəssisələri artıq xəstələri qəbul edə və onlara xidmət göstərə bilmir, kəskin dərman çatışmazlığı var, uşaqlıq peyvəndi ehtiyatı tükənib.

AzVision.az


Teqlər:





Xəbər lenti