Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb

Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb
  15 Dekabr 2023    Oxunub:1189
Rusiyanın qızıl ehtiyatları ilk dəfə olaraq 150 milyard dolları ötüb.
Bu barədə RBC məlumat yayıb. Belə ki, ötən ay pul qızılının dəyəri 151,9 milyard dollar təşkil edib. Bu, oktyabr ayı ilə müqayisədə 3,198 milyard dollar və ya 2,2% çoxdur.

Dekabrın əvvəlinə Rusiyanın beynəlxalq qızıl-valyuta ehtiyatları 592,352 milyard dollar təşkil edib ki, bunun da 412,261 milyard dolları xarici valyutanın payına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti