"Delimitasiyası üzrə növbəti görüşün vaxtı tezliklə məlum olacaq" - Qriqoryan

   "Delimitasiyası üzrə növbəti görüşün vaxtı tezliklə məlum olacaq" -    Qriqoryan
  15 Dekabr 2023    Oxunub:1074
Sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan və Azərbaycan tərəfinin növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək.
AzVision.az xəbər verir ki bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan rusiyalı həmkarı Aleksey Overçukla görüş zamanı deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər belə görüş planlaşdırılmır:

"Növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib. Amma iş davam edir. Delimitasiya və demarkasiya illər çəkə bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir”,- o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti