Ukrayna müdafiə naziri Türkiyə səfirini qəbul edib

Ukrayna müdafiə naziri Türkiyə səfirini qəbul edib
  15 Dekabr 2023    Oxunub:1242
Ukraynanın müdafiə naziri Rüstəm Umerov Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Levent Bilgeni qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin "X" hesabında bildirilib.

"Türkiyənin Ukraynadakı yeni səfiri Levent Bilgen ilə görüşməyə şad oldum. Səfirə müdafiə sahəsində əməkdaşlıq, silahlanma və müvafiq olaraq satınalma üzrə məsul müavinlərim İvan Havrylyuk və Dmitri Klimenkovu təqdim etdim. Biz Ukrayna ilə Türkiyə arasında müdafiə istehsalı sahəsində potensial əməkdaşlığı müzakirə etdik. Digər müzakirə etdiyimiz vacib mövzu Qara dənizdir. Biz genişmiqyaslı işğalın başlanmasından bəri Qara dəniz sularının təhlükəsizliyini təmin etdikləri üçün türk tərəfdaşlarımıza minnətdarıq. Türkiyəni Böyük Britaniya və Norveç tərəfindən yaradılmış Dəniz Koalisiyasına qoşulmağa dəvət etdim", - Umerov paylaşımında bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti