Avrodeputat Macarıstana qarşı

   Avrodeputat Macarıstana qarşı
  18 Dekabr 2023    Oxunub:1070
Litvalı Avropa Parlamentinin deputatı Rasa Juknyaviçene bildirib ki, Avropa Komissiyası (AK) və Avropa İttifaqı Şurası Macarıstanın qurumda səsvermə hüququndan məhrum edilməsini nəzərdən keçirməlidir.
Bu barədə “Moskovski Komsomolets” yazıb. O hesab edir ki, Macarıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putini dəstəkləyir. Buna görə də o, “Orbanı dayandırmaq” və Avropa İttifaqının özü üçün mümkün sabitliyi pozan nəticələrin qarşısını almaq üçün tədbirlərin görülməsinə çağırıb.

“Niyə Aİ Şurası və Avropa Komissiyası bu məsələ ilə bağlı hələ də tədbir görmür?Ümid edirik ki, təsirli tədbirlər görüləcək. Əks halda, Aİ-nin gələcəyi ilə bağlı ciddi suallarla üzləşməli ola bilərsiniz”.


AzVision.az


Teqlər:





Xəbər lenti