"Nəriman qolu ilə özünün və klubunun adını tarixə yazdı" - Atası
Gənc futbolçunun atası Əhməd Axundov azxeber.com-a açıqlamasında oğlu Nəriman Axundzadənin qələbə qolunu vurduqdan sonra yaşadığı hissləri dilə gətirib:
"Hər bir Azərbaycan vətəndaşı kimi mən də oğlumla qürur duydum. Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm".
Əhməd bəy qol vurduqdan sonra oğlunun onu tribunada axtarmasına da münasibət bildirib:
"Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı".
AzVision.az
Teqlər: