“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi

   “Zirə” “Araz-Naxçıvan”a qalib gəldi
  25 Fevral 2024    Oxunub:1317
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “Araz-Naxçıvan” və “Zirə” komandaları qarşılaşıb. Görüş “Qartallar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 20-ci dəqiqədə avtoqol müəllifi olan Vanderson Melo açıb. Rəhim Sadıxov 74-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Matçın yekun nəticəsini 77-ci dəqiqədə Rafael Utziq müəyyənləşdirib

Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Zirə” 4-cü pillədə qalıb. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”yə 2:1, “Səbail” “Sabah”a 2:0 hesabları ilə qalib gəlib. “Turan Tovuz” – “Neftçi” oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.

AzVision.az


Teqlər:





Xəbər lenti