ABŞ sürəti 24 min km/saata çatan raketi sınaqdan keçirə bilər

  ABŞ sürəti 24 min km/saata çatan raketi sınaqdan keçirə bilər
  06 Mart 2024    Oxunub:917
Pentaqon gələn həftə sürəti 24 min km/saata çatan yeni hipersəs raketinin sınağını keçirə bilər.
Bu barədə “Sun” qəzeti məlumat yayıb. Çəkisi 3 ton və uzunluğu 6,7 m olan yüksək texnologiyalı “AGM-183 Air-launched Rapid Response Weapon” raketinin buraxılışı Sakit Okeanın qərbində baş tutacaq.

Keçən həftə sonu, pilotlara və dənizçilərə bununla bağlı bir neçə bildiriş göndərilib. Bununla belə, silahların rəsmi sınaqdan keçirilməsi ilə bağlı məlumatlar hələ ki, yalnız fərziyyələrə əsaslanır.

ABŞ Hərbi Hava Qüvvələrinə görə, o, istənilən hədəfi məhv etmək üçün nəzərdə tutulub. “Lockheed Martin” tərəfindən hazırlanmış bu raket, dəqiq idarə olunan silah sistemlərinin imkanlarını gücləndirərək, güclü müdafiə olunan yer hədəflərinə sürətli cavab zərbələri endirməyə imkan verəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti