Avropa ərzaq böhranı astanasındadır - "Bloomberg"

      Avropa ərzaq böhranı astanasındadır -    "Bloomberg"
  06 Mart 2024    Oxunub:893
Avropada tez-tez baş verən təbii fəlakətlər və bəzi ölkələrin bir-biri ilə münasibətlərinin pisləşməsi fonunda ərzaq böhranı riskləri güclənir.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Qeyd ediliri ki, hazırda ekspertləri düşündürən yeganə sual odur ki, regionda ərzaq və ya məhsul qıtlığı ilə bağlı böhran dəqiq hansı tarixlərdə başlaya bilər.

"Soğan panikası": Qiyməti özündən çox göz yaşardır
Avropa ənənəvi olaraq taxıl, süd məhsullarından tutmuş, donuz əti və zeytun yağına qədər dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olub.

Amma son üç ildə qitədə iqtisadi vəziyyət sürətlə pisləşib. Havaların anormal şəkildə dəyişməsi və arzuolunmaz iqlim hadisələri mütəmadi olaraq fermerlərə ziyan vurur. Beləliklə, Avropa iqtisadiyyatına 2022-ci ildə fəlakətlərdən dəyən zərər 50 milyard avronu keçib.

Eyni zamanda, bitkilərin yetişdirilməsi və istixanaların saxlanması üçün lazım olan gübrələrin, qazın dəyəri Ukrayna müharibəsi başlayandan bəri kəskin şəkildə artıb.

Bu sürətlə 2025-ci ilə qədər balıq, ət və bir sıra digər mühüm ərzaq məhsulları Avropanın ərzaq mağazalarından yoxa çıxa bilər. Bundan başqa, analitiklər xəbərdarlıq ediblər ki, şəhərlərdə cinayət hadisəsələri də artacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Avropa   Ərzaq   Qıtlıq  





Xəbər lenti