Fermerlər hökumət sarayının qarşısına gübrə tökdülər

 Fermerlər hökumət sarayının qarşısına gübrə tökdülər
  07 Mart 2024    Oxunub:837
Çex fermerlərinin hakimiyyətin kənd təsərrüfatı siyasətinə etirazı Praqada onların hökumət sarayının qarşısına gübrə və saman tökməsi və bununla da bu yerdə tramvayların hərəkətini dayandırması ilə başlayıb.
Çexiya Aqrar Palatasının və Respublika Kənd Təsərrüfatı İttifaqının nümayəndələri jurnalistlərə bildiriblər ki, bir günlük etiraz aksiyasında təxminən 3,5 min fermer Praqaya təxminən 700 ədəd kənd təsərrüfatı texnikası gətirib.

Onlar əmin edirlər ki, paytaxtda nəqliyyat vasitələrinin hərəkətini əngəlləməyi planlaşdırmırlar, sadəcə olaraq hakimiyyətin və cəmiyyətin diqqətini çex fermerlərinin ciddi problemlərinə yönəltmək niyyətindədirlər.

Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı onlarla görüşmək niyyətindədir. Etiraz, təşkilatçıların fikrincə, sırf iqtisadi xarakter daşıyır. Fermerlər hakimiyyətdən əkin sahələrinə sahiblik üçün vergi dərəcəsinin 2023-cü il səviyyəsinə qaytarılmasını, kəndlərdə iş şəraitinin yaxşılaşdırılmasını, heyvandarlıq üçün dövlət subsidiyalarının azaldılmasından imtina edilməsini və Avropa İttifaqı fondlarından subsidiyaların vergidən azad edilməsini tələb edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti