ABŞ Kiyev səfirliyi işçilərinin sayını artırır

   ABŞ Kiyev səfirliyi işçilərinin sayını artırır
  09 Mart 2024    Oxunub:986
ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyin əməkdaşlarının sayını çoxaltmaq və diplomatik missiya əməkdaşlarına daha çox hərəkət azadlığı təmin etmək niyyətindədir.
Bu barədə “Foreign Policy” jurnalı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton səfir Bridcet Brinkin yükünü yüngülləşdirmək və xüsusən də ABŞ-ın Kiyevə ayırdığı hərbi və iqtisadi yardımların monitorinqinə kömək məqsədilə Ukraynadakı səfirliyə əlavə olaraq 30-40 işçi göndərə bilər.

Bundan əlavə, amerikalı diplomatlar Ağ Evdən icazə istəmədən Kiyev regionunda Belarusla sərhədə qədər daha sərbəst hərəkət edə bilərlər. Hazırda səfirlik əməkdaşları yalnız Kiyev şəhəri hüdudları daxilində hərəkət edə bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti