Aİ Misirə 8 milyard dollar ayırmağa hazırdır

   Aİ Misirə 8 milyard dollar ayırmağa hazırdır
  13 Mart 2024    Oxunub:935
Qəzza zolağı və Sudandakı münaqişələrin bu ölkədə maliyyə problemlərini pisləşdirə və Avropaya miqrasiya təzyiqini artıra biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Avropa İttifaqı Misirə 2027-ci ilin sonuna qədər iqtisadiyyatı gücləndirmək üçün 8 milyard dollar verməyə hazırdır.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yaxın günlərdə Qahirədə imzalamaq niyyətində olduğu saziş Brüssel ilə Tunis və Mavritaniya da daxil olmaqla Şimali Afrika ölkələri arasında imzalanan sazişlər silsiləsində sonuncu olacaq.

Sazişlər Avropa ətrafında iqtisadi qeyri-sabitliyin və Afrikadan qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyır. Müqavilə Misirin enerji sektoruna dəstək verməli, artan sudanlı qaçqınların sayının aradan qaldırılmasına kömək etməli və miqrantların Aralıq dənizi vasitəsilə Avropaya axışdığı Liviya ilə sərhəddə nəzarəti gücləndirməlidir.

Belə ki, 1 milyard dollardan çox təcili maliyyə yardımı dərhal verilə bilər. Beynəlxalq Valyuta Fondunun genişləndirilmiş proqramı çərçivəsində islahatlarla bağlı makromaliyyə yardımı paketində təxminən 4,4 milyard dollar daha çox vəsaitin gəlməsi gözlənilir. Qalan vəsait Aİ-nin müxtəlif maliyyə mənbələrindən daxil olacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti