Fidan Azərbaycana gələcək

   Fidan Azərbaycana gələcək
  13 Mart 2024    Oxunub:1090
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçəli bildirib.

Hakan Fidan sabah İraqın paytaxtı Bağdadda baş tutası görüşlərin ardınca Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin IX üçtərəfli görüşünə qoşulacaq.

"Cənubi Qafqazda sabitlik, firavanlıq və sülh Türkiyə üçün çox vacibdir. Buradakı ölkələrin daha yaxşı şəraitdə yaşaya bilməsi üçün böyük səylər göstəririk. Cümə günü keçiriləcək toplantının əsas gündəm maddəsi bu çərçivədə əməkdaşlıq ətrafındadır. Görüşün sonunda birgə bəyanat yaymağı planlaşdırırıq", - sözçü deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   XİN   nazir   səfər   Azərbaycan  





Xəbər lenti