Şolts Yaxın Şərqə gedir

   Şolts Yaxın Şərqə gedir
  16 Mart 2024    Oxunub:1059
Almaniya Prezidenti Olaf Şolts sabah Yaxın Şərqə yollanacaq.
AzVision.az xəbər verir ki, kansler ikigünlük səfərindən qabaq mediaya danışıb.

"İndi Qəzza zolağına daha çox humanitar yardım çatdırılmalıdır. Səfərim çərçivəsindəki görüşlərdə bu məsələni də dilə gətirəcəyəm", - o deyib.

Kansler həmçinin Qəzza zolağında bir milyondan çox insanın sığındığı Rəfəh şəhərinə İsrailin təsdiqlənən hücumu ilə bağlı narahatlığını diqqətə çatdırıb.

"Rəfəhə hücum dəhşətli sayda mülki itkilərlə nəticələnəcək. Bu, yolverilməzdir", - o vurğulayıb.

Məlumata görə, Şolts əvvəla Əqəbə şəhərində İordaniya Kralı II Abdullahla, ardınca isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Yaxın-Şərq   səfər  





Xəbər lenti